ABŞ Dövlət Departamenti Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin yanvarın 13-də Parisdə görüşəcəyini təsdiqləyib. Trend İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Departamentin rəsmi nümayəndəsi Cen Psaki bildirib.
O, qeyd edib: “Mən təsdiq edə bilərəm ki, Lavrovla görüş yanvarın 13-də Parisdə baş tutacaq”.
Departament rəsmisi hesab edir ki, görüşdə əsas diqqət “Cenevrə-2” sülh konfransının keçirilməsi məsələsinə ayrılacaq.