Dondurulmuş münaqişələr NATO-nun imkanlarının yoxlanılması üçün sınaqdır

NATO regiondakı mövcud problemləri, o cümlədən dondurulmuş münaqişələri həll edə bilər. Trend-in Rumıniyanın Actmedia.eu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rumıniya Prezidenti Trayan Besesku parlamentdə ölkənin Şimali Atlantika Alyansına qoşulmasının 10 illiyi münasibətilə çıxışında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiyada dondurulmuş münaqişələr, eləcə də Krımdakı münaqişə NATO-nun regiona sabitlik və təhlükəsizlik gətirmək imkanlarının yoxlanılması üçün, habelə Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından sınaqdır.

T.Besesku deyib ki, belə vəziyyətdə alyansın təhdidlərə qarşı dayanmaq bacarığını tətbiq etməkdən başqa çıxış yolu yoxdur: “Biz Avropada sabitliyə nail olmaq üçün “boz zona”lardan və yanaşmada ikifikirlilikdən yayınmalıyıq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO