Dünyanın din xadimləri Bakıya gələcək

“Dinlərarası dialoq” beynəlxalq konfransı gələn il Bakıda olacaqDünyanın din xadimləri Bakıya gələcək

2009-cu il oktyabrın əvvəlində Bakıda “Dinlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu toplantıda dünyanın ən nüfuzlu din xadimləri iştirak edəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, hələ indiyə qədər Azərbaycan tarixində belə bir konfrans keçirilməyib: “Çünki bu konfransa qatılacaq din xadimlərinin indiyədək Azərbaycan torpağına gəlmək imkan olmayıb. Hətta ola bilsin, Roma Papası da konfransda iştirak etsin”. Şeyxiülislam deyir ki, gələn il Azərbaycan bütün dinlərin qibləsinə çevrilmək imkanı var. “Ona görə də biz öz sifətimizi və mədəniyyətimizi bütün dinlərə göstərməliyik. Biz dünyaya nümayiş etdirməliyik ki, Azərbaycan xalqı öz mədəniyyəti ilə zəngindir. Qoy buradan qayıdan din xadimləri Azərbaycan haqqında xoş fikirlərini dünyaya çatıra bilsinlər” – deyə, Hacı Allahşükür Paşazadə bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO