DİN hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həbsinə aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həbsi məsələsinə aydınlıq gətirib.

Hüquq müdafiəçisinin saxlanımasına dair Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Vidadi İsgəndərlinin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının işinə kobud şəkildə müdaxilə etdiyini, asayiş keşikçilərinin qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərdiyini bildirib.

“Təcrübə göstərir ki, hər il respublikanın avtomobil yollarında qeydə alınan yol-nəqliyyat hadisələrinin təqribən 40 faizi, paytaxtda isə 50 faizdən də çoxu piyadaların vurulması ilə bağlıdır. Bilirsiniz ki, ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu zaman ölən və yaralananların sayının azaldılması məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mütəmadi olaraq konkret qabaqlayıcı profilaktik və maarifləndirmə tədbirləri həyata keçirilir ki, bu sırada yol hərəkətinin təhlükəsizliyi aylıqları önəmli yer tutur. Xüsusən, ölkəmizin paytaxtında qəzaların yarıdan çoxunu piyadaların vurulması təşkil etdiyindən belə halların qarşısının alınması və bu qəbildən olan hadisələrin sayının azaldılması istiqamətində bəzi təşkilati-praktik addımlar da atılmışdır. Bu məqsədlə respublikanın daxili işlər naziri ötən ilin iyununda xüsusi bir əmr imzalamışdır. Əmrə əsasən, post-patrul xidmətinin əməkdaşları da həmin vaxtdan etibarən Bakı şəhərində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına qarşı keçirilən reydlərə, digər profilaktik tədbirlərə cəlb edilirlər.

Qeyd edək ki, hüquq müdafiəçi Vidadi İsgəndərli həbs olunub. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 310.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə ittiham irəli sürülüb. İsgəndərli barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 10 sutka azadlıqdan məhrumetmə cəzası müəyyən olunub.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aprelin 1-dən 30-dək ölkə ərazisində “Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!'” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirildiyini xatırladan Mansurzadə bildirib ki, aylığın keçirilməsində əsas məqsəd respublikanın avtomobil yollarında ölümlə nəticələnən ağır qəza hadisələrinin qarşısının alınması, bu istiqamətində profilaktiki tədbirlərin səmərəliyinin artırılması, yollarda təhlükəsizlik mühitinin yaradılması, piyadalar arasında maarifləndirmə işinin gücləndirilməsidir.

“Qeyd edim ki, aylıq zamanı, həmçinin əmək və pedoqoji kollektivlərdə zəruri maarifləndirmə, izahat işləri ilə yanaşı yolu hərəkətin piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərə qarşı inzibati tənbeh tədbirlərinin görülməsi də nəzərdə tutulmuşdur. Ümumilikdə, cari ilin ötən dövründə 20 mindən çox piyada qayda pozuntusuna yol verdiyinə görə inzibati məsuliyyətə cəlb edilərək 20 manat miqdarında cərimə olunmuşdur. Aylıq çərçivəsində polis əməkdaşları tərəfindən anoloji reydlər aprelin 15-də paytaxtın Yasamal rayonu ərazisində, nəqliyyatın intensivliyinin, piyadaların hərəkətinin xüsusən gur olduğu Azərbaycan Texniki Universitetinin yaxınlığında yeraltı keçiddən istifadə etməyən şəxslərə qarşı da həyata keçirilmişdir.

Bu zaman həmin ərazidə olan Vidadi İsgəndərli ictimai diqqəti cəlb etmək məqsədilə guya tələbələrə, xüsusən qızlara qarşı tətbiq olunan inzibati tənbeh tədbirlərinə etiraz etmək bəhanəsilə əslində polis əməkdaşlarının qanunla nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsinə kobud şəkildə müdaxilə etmiş, hay-küy salmış, asayiş keşikçilərinin qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərmişdir. Buna görə o, saxlanılaraq Yasamal RPİ-yə gətirilmiş, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə də işə baxaraq Vidadi İsgəndərlinin 10 gün müddətinə inzibati qaydada həbs olunması barədə qərar vermişdir. Bir daha xatırladıram ki, hüquq müdafiəçisi haqqında inzibati həbs qərarı onun konkret inzibati xəta törətməsi ilə bağlı olmuşdur”, – Mansurzadə bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO