DİN: Ukrayna Rusiya ilə sərhədi bağlamağı planlaşdırır

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bəyan edib ki, Ukrayna Rusiya ilə sərhədi bağlamağa hazırlaşır və indi bunun üçün lazımi metod və vasitələr axtarır. Trend-in məlumatına görə, bu barədə “Seqodnya” saytı xəbər yayıb.

A.Geraşenko “5-ci kanal”ın efirində bildirib: “Müxtəlif üsullara baxmaq lazımdır, lakin əlbəttə, sərhədi bağlayacağıq. Bunun üçün indi lazımi metod və vasitələr tapmaq lazımdır”.

Rusiya ilə sərhədlərin bağlanması məsələsinə baxılıb-baxılmamasına dair suala cavab verərkən Geraşenko qeyd edib ki, ölkə ərazilərinin minalanması Ukrayna vətəndaşları üçün təhlükəlidir: “Bu, sadə məsələ deyil. Milli təhlükəsizliyin daha vacib olmasına baxmayaraq, bütün “lehinə” və “əleyhinə”ləri tərəziyə qoymaq lazımdır. Minalarsız da çoxlu mübarizə metodları var”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO