Demokratlar Amerikanı ələ keçirdilər

Demokratlar Amerikanı ələ keçirdilər  Demokrat Partiyasının nümayəndələri Konqresin hər iki palatasında üstünlük qazanıblar

ABŞ-da prezident seçkiləri ilə yanaşı bəzi dairələrdə Konqresə seçkilər də keçirilib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, demokratlar ölkədəki hakimiyyəti bütünlüklə ələ keçirib. Demokrat Partiyası Konqresin hər iki palatası üzərində nəzarətini saxlamaqla yanaşı mövqeyini bir qədər də gücləndirib. Hazırda Demokrat Partiyası Nümayəndələr Palatasında 227, Respublikaçılar Partiyası isə 151 yerə malikdir. Senatda isə demokratlar 100 yerdən 55-nin mandatını qazanıblar. Bəzi dairələrdə bülletenlərin sayılması davam edir və fərqin artacağı da istisna deyil. Müşahidəçilər qeyd edirlər ki, Demokrat Partiyası 1994-cü ildən bu yana ilk dəfə həm qanunverici, həm də icraedici hakimiyyəti ələ keçirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO