Dağlıq Qarabaq münaqişəsinin həll olunmaması regionda sabitliyin önündə duran başlıca maneədir – AŞ PA sədri

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyin önündə duran başlıca maneədir. Bu fikirləri Trend News-a çərşənbə axşamı eksklüziv açıqlamasında AŞ PA-nın yeni sədri Mövlud Çavuşoğlu bildirib. AŞ PA-ya sədrlik etdiyi müddətdə qurumun Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansı töhfələr verə bilməsi ilə bağlı məsələyə münasibət bildirən AŞ PA sədri qeyd edib ki, Dağlıq Qarabağa dair qurumun qəbul etdiyi qərarlar var və bunlar yerinə yetirilməlidir.

“AŞ PA-nın Dağlıq Qarabağa dair qəbul etdiyi qərarlar var. Bu qərarlar yerinə yetirilməlidir. Bundan əlavə, ATƏT-in Minsk qrupu daha təsirli formada fəaliyyət göstərməyə davam etməlidir ki, bu münaqişə tez bir zamanda həll edilsin, çünki bu regiondakı sabitliyin önündə duran başlıca maneədir. Bu məsələ ilə Minsk qrupu məşğul olur. Bir çox ölkələr buna dəstək verir. Bİz də buna dəstək verməliyik. Bizim bu məsələ ilə bağlı Qətnamələrimiz var. Bundan əlavə, AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyəti gündəmdədir. Bəlkə bu istiqamətdə də işlər görülə bilər. Amma nəticə etibarilə, biz, AŞ olaraq, bu barışığa, münaqişənin həllinə ciddi bir şəkildə dəstək verməliyik”- AŞ PA sədri bildirib.

Türkiyə ilə Ermənsitan arasında imzalanan protokollara dair Ermənistan Konstitusiya Məhkəməsinin çıxardığı qərarın iki arasındakı dialoqa təsirinə münasibət bildirərəkən, o qeyd edib ki, “AŞ PA sədri kimi Ermənistan-Türkiyə münasibətlərinə dair şərh verməyim düzgün olmaz”.

“Mənim AŞ PA sədri kimi Ermənistan-Türkiyə münasibətlərinə dair şərh verməyim düzgün olmaz. Spesifik mövzulara toxunmağım doğru olmaz. Bizim istəyimiz odur ki, iki ölkə aralarındakı münasibətləri normallaşsın. Burada sadəcə Türkiyə deyil, orada Azərbaycanla bağlı məsələlər var. Dolayısı ilə, bu məsələnin də tez bir zamanda barışıq yolu ilə həll olunmasını istəyirik”- Çavuşoğlu bildirib.

AŞ PA sədri hesab edir ki, Təşkilat effektivliyini və görünəkliyini artırmalıdır ki, qəbul olunan qərarlar tətbiq edilisin. “Biz hal-hazırda Avropa Şurası daxilində islahatların aparılması üçün birgə çalışırıq. Dediyiniz kimi, AŞ-də qəbul edilən qərarlar bir çox ölkələrdə tam şəkildə yerinə yetirilmir. Hətta Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlar belə tam formada yerinə yetirilmir. Bütün bu qərarların tətbiq edilməsi lazımdır. Bu cür vəziyyətə qarşı tətbiq ediləcək ciddi sanksiyalar da yoxdur. Yeganə sanksiya AŞ PA-da təmsil olunan üzv ölkələrin nümayəndə heyətlərinin qurumda səlahiyyətlərinin dondurulması və üzvlükdən xaric edilməsidır. O da bu günə qədər işləmədi. Dolayısı ilə, bu da çox işləyən bir mexanizm deyil. Amma nəticə etibarilə, bu Təşkilatın effektivliyini və görünəkliyini artırmalıyıq ki, qəbul olunan qərarlar tətbiq edilisin”-AŞ PA sədri əlavə edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO