Dağlıq Qarabağda terrorizmin qarşısının alınması üçün beynəlxalq yardıma ehtiyac var – ekspert

Dağlıq Qarabağda terrorizmin yayılmasının qarşısının alınması üçün beynəlxalq yardıma ehtiyac var, Amerikanın terrorizm üzrə məşhur eksperti Matyu Deflem (Mathieu Deflem) belə hesab edir. “Dağlıq Qarabağ regionunda terrorizmin artmasının qarşısının alınması üçün beynəlxalq yardıma ehtiyac var”, – Trend News-a Deflem bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ekspertin bildirdiyi kimi, Azərbaycan hakimiyyəti tərəfindən dəfələrlə qeyd edilir ki, Dağlıq Qarabağ nəzarət olunmayan, terrorizmə açıq olan zonadır. “Bu vilayətin idarə olunması məqsədilə beynəlxalq cəmiyyətlə əməkdaşlıq Azərbaycan üçün həqiqtən gözəl imkan açacaq”, – Deflem bildirib. “Əməkdaşlıq ruhu öz səmərəsini verməlidir”, – o bildirib.

Deflemin sözlərinə əsasən, demək olar ki, hər bir ölkə terrorizmin hədəfi ola bilər, belə ki, terror təşkilatları dünyada geniş yayılıblar və bir çox səbəblərdən planetin hər bir nöqtəsini öz hədəfləri seçə bilərlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO