“Dağlıq Qarabağda referendum keçirilməsi məsələsi danışıqlar prosesinin son mərhələsində olmalıdır “

Novruz Məmmədovun sözlərinə görə, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar tələb edir ki, regionda “status kvo” dəyişdirilsin, yəni Azərbaycan torpaqları işğaldan azad olunsun, məcburi köçkünlər öz yurdlarına qayıtsın, sabitlik yaradılsın:
“Bu ümidləri doğrultmaq üçün Ermənistan prezidenti özündə siyasi iradə tapmalı, mövqeyini bildirməlidir. Ermənistan tərəfi müxtəlif bəhanələr gətirərək danışıqla prosesini uzatmağa çalışır. Bu, qeyri-konstruktiv addımdır”.

Şöbə müdiri bildirib ki, danışıqlar prosesində Dağlıq Qarabağda referendum keçirilməsi məsələsi son mərhələdə olmalıdır: “Referendumun vaxtını indidən demək mümkün deyil”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO