Dağlıq Qarabağ probleminin həlli Cənubi Qafqazda sabitliyin təminatı üçün vacib rol oynayır – XİN rəhbəri

Dağlıq Qarabağ probleminin tez bir zamanda həlli bütün Cənubi Qafqazda sabitliyin və anlaşılmanın təminatı, iqtisadiyyatın inkişafı üçün vacib rol oynayır. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, bu gün Yaponiyanın Beynəlxalq Problemlər İnstitutunda çıxış edərkən deyib. Nazir Yaponiya paytaxtında rəsmi səfərdədir, İTAR-TASS yazır.

“Biz əminik ki, problemin tez bir zamanda həlli bütün Cənubi Qafqazın çiçəklənməsi, sabitliyi və anlaşılmanın təminatı, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük rol oynayır”, – nazir bildirib.

“Əsas məqsəd kimi biz problemin sülh yolu ilə həllinin axtarışını hesab edirik, – o qeyd edib. – Biz qonşumuz Ermənistanı başa salmağa çalışırıq ki, sülhün tez bir zamanda bərqərar olması bizim ölkələrin milli maraqlarına eyni dərəcədə uyğundur”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO