Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında məlumat bazası yaradılıb

 Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında məlumat bazası yaradılıb Bu barədə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin müdafiə proqramı koordinatoru xanım Silvi Qrənişer deyib. O bildirib ki, itkin düşmüş şəxslərin sayı ilə bağlı rəqəm dəyişə bilər. Proqram rəhbərinin sözlərinə görə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə əlaqədar BQXK itkin düşmüş şəxslərin ailələrindən həmin şəxslər haqqında məlumatlar – ante-mortem məlumatlar toplayıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə aparılmış bu iş demək olar ki, başa çatıb və bu günə qədər 3631 itkin düşmüş şəxs barədə ante-mortem məlumatlar toplanılıb. Qrənişer bildirib ki, hazırda bir neçə şəxs barəsində də ante-mortem məlumatlar toplanılır.

“Bu ilin yanvar ayında BQXK ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında lisenziya sazişi imzalanıb və həmin sazişə əsasən, BQXK tərəfindən itkin düşmüşlərlə bağlı hazırlanmış xüsusi məlumat bazası Dövlət Komissiyasına təqdim edilib. Sonrakı aylarda isə ilk 150 anket həmin məlumat bazasına daxil edilmək üçün Dövlət Komissiyasına təhvil verilib. 3631 nəfər şəxs barəsində toplanılmış ante-mortem məlumatların hamısı məlumat bazasına yerləşdirilməsi üçün mərhələli şəkildə Dövlət Komissiyasına təqdim ediləcək”, – o deyib.

Bu məlumat bazasının yaradılmasında məqsəd itkin düşmüş şəxslər barəsində məlumatların bir bazada toplanmasını təmin etmək və gələcəkdə onların taleyinə aydınlıq gətirilməsinə yardım göstərməkdir. Qrənişer BQXK-nın itkin düşmüş şəxslərlə bağlı siyahısı ilə Dövlət Komissiyasının siyahısı arasındakı fərqə də münasibət bildirib. “Bu siyahılar arasında bir neçə il əvvəl ciddi fərq var idi. Dövlət Komissiyası ilə BQXK-nın siyahısı arasında fərqin olmasının səbəblərindən biri odur ki, BQXK məlumatları yalnız itkin düşmüşlərin ailələrindən toplayır. Dövlət Komissiyası isə bu məlumatları digər mənbələrdən də toplaya bilər. Sonradan bu siyahılar müqayisə edilir və fərq aradan qaldırılır. İndi bu fərq azalıb və ümid edirəm ki, bir-iki ilə bu fərq ya olmayacaq, ya da ki, çox cüzi olacaq”, – o deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO