Bu gün Bakı və 8 rayon qazsız qalacaq

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 14:00-dan 16:00-dək Zaqatala, saat 16:00-dan 18:00-dək Balakən, saat 18:00-dək Tovuz rayonlarının bir hissəsinə qaz verilişində məhdudiyyətlər olacaq.

Həmçinin mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi, yenidənqurma, təmir-profilaktika işlərinin görülməsi ilə əlaqədar saat 15:00-dək Qəbələ, saat 17:00-dək Ağsu, saat 18:00-dək Nərimanov, Şamaxı və Lənkəran, saat 14:00-dan 18:00-dək Şəmkir, işlər başa çatanadək isə Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO