Bu gün Xocalı soyqırımının 17-ci ildönümüdür

1992-ci il fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan atəşə tutulmağa başlanılıb
Bu gün Xocalı soyqırımının 17-ci ildönümüdür.

Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.

Qeyd edək ki, hücumdan əvvəl fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanılıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib. Ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirib. Qırğın nəticəsində 613 nəfər həlak olub.

Onlardan 63 uşaq, 106 qadın, 70 isə yaşlılardır. Bundan başqa 8 ailə tamamilə məhv edilib. Həmçinin erməni silahlılarının Xocalıya hücumu nəticəsində 487 nəfər yaralanıb. Ermənilər 1275 nəfəri əsir götürüb. Hücum zamanı 150 nəfər itkin düşüb.

Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 1-milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə obyekti dağıdılıb. 1991-ci ilin oktyabrından blokadada olan Xocalı ilə yeganə nəqliyyat vasitəsi vertolyot aerodromu vasitəsi ilə həyata keçirilirdi. Şəhər isə polis və milli ordunun döyüşçüləri tərəfindən müdafiə olunurdu. 366-cı motoatıcılı alayın komandiri general Polyakovun bildirdiyinə görə, Xocalıdakı hərbi əməliyyatda 106 erməni hərbçisi iştirak edib. /ANS PRESS/

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO