Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. APA-nın məlumatına görə, yanvarın 25-dək davam edəcək sessiyanın gündəliyinə AŞPA-nın prezident və vitse-prezidentlərinin seçilməsi, Kosovoda vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, “Gürcüstan və Rusiya: münaqişə zonalarında humanitar vəziyyət” adlı hesabat, Avropada azad media ilə bağlı vəziyyət, gender bərabərliyi, əmək miqrantlarının traffikinqi kimi məsələlər salınıb.
Sessiyada Gürcüstan prezidenti Mixail Saakaşvili, Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle və İtaliyanın ədliyyə naziri Paolo Severino çıxış edəcəklər.
Sessiyanın gündəliyinə daxil edilmiş ən mühüm məsələlərdən biri isə Azərbaycanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş hesabatın müzakirəsidir. Həmməruzəçilər Pedro Aqramunt və Jozef Debono Qrexin hazırladığı hesabat, həmçinin Kristofer Ştrasserin “Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar” adlı hesabatı sessiyanın 23 yanvar tarixli iclasında müzakirə olunacaq.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO