BMT SESSİYASINDA AZƏRBAYCANLA BAĞLI HESABAT QƏBUL EDİLƏCƏK

BMT SESSİYASINDA AZƏRBAYCANLA BAĞLI HESABAT QƏBUL EDİLƏCƏKFevralın 6-da BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində keçirilən növbəti sessiyasında Azərbaycanın indiyədək insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrası barədə hesabat qəbul ediləcəkdir.
Cenevrədə keçirilən sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəxlalq təşkilatlar yanında daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyovun sözlərinə görə, artıq 2 ildir bu mexanizm BMT-yə üzv olan bütün ölkələr üçün tətbiq olunur və xüsusi qrafik üzrə həyata keçirilir. Sessiyada quruma üzv ölkələrin insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə hansı səviyyədə əməl olunması araşdırılır, müvafiq tövsiyələr verilir. Digər beynəlxalq komissiyalardan fərqli olaraq burada insan haqlarının müxtəlif sahələri nəzərdən keçirilir. Eyni zamanda insan haqları ilə bağlı fikir mübadiləsi aparıldıqdan sonra quruma üzv digər ölkələrin mövqeləri təqdim edilir. Azərbaycan BMT-nin üzvü kimi həmin mexanizmə riayət edir və öz beynəlxalq öhdəliklərinə sadiq qalır.
Qurumun sessiyasında Azərbaycanla yanaşı, daha 15 ölkə üzrə hesabat qəbul ediləcəkdir. (AzərTAc)

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO