BMT: Bakı konfransı terrorizmlə mübarizədə yeni təkliflər hazırlamağa kömək etdi


Bakı konfransı terrorizmlə mübarizədə yeni təkliflər hazırlamağa kömək etdi. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov deyib.
“İndiyədək terrorizm üzrə belə səviyyədə konfrans keçirilməmişdi. Konfrans çərçivəsində müəyyən təkliflər irəli sürülüb ki, həmin təkliflər də BMT-nin kontrterrorizm strategiyası, bütün istiqamətlərdə terrorizmlə mübarizə və ən əsası, terrorizmin xəbərdar edilməsi məsələləri çərçivəsində beynəlxalq ictimaiyyət tərəfindən istifadə edilə bilər”, – Fedotov Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən Beynəlxalq konfrans çərçivəsində bildirib.
İndiyədək terrorizmin tərifi verilməyib və buradan müxtəlif növ probemlər təşəkkül tapır. Fedotov qeyd edib ki, buna görə də beynəlxalq ictimaiyyət terrorizmə nə qədər tez tərif versə, bir o qədər yaxşı olacaq.
Jurnalistlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə suallarını cavablandıran Fedotov bildirib ki, BMT ölkələri ümid edir ki, Azərbaycan və Ermənistan gec, ya tez iki ölkəni ayıran məsələləri sülh yolu ilə həll edə biləcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO