BMT baş katibi Holokost qurbanlarının xatirəsinə həsr edilmiş anım günü münasibəti ilə müraciət yayıb

BMT-nin Bakı ofisindən APA-ya daxil olan müraciətdə qeyd olunub ki, ikinci dünya müharibəsi zamanı Adolf Hitlerin xain ali “Ari irq” ideologiyasına uyğun gəlməyən milyonlarla insan – yəhudilər, roma və sintilər, homoseksuallar, kommunistlər, ruhi xəstələr və digərləri sistemli şəkildə təqib edilir, tutulur və ölüm düşərgələrinə göndərilirdilər. Bəziləri dərhal qətlə yetirilir, bəziləri isə ölənə qədər qəddarcasına işlədilirdilər. Hər il biz Auşvitz-Birkenaunun azad edilməsinin ildönümü münasibəti ilə Holokost qurbanlarının xatirəsinə həsr edilmiş beynəlxalq anma gününü qeyd edir və bu cinayətləri unutmadığımızı göstəririk.
Günün bu ilki mövzusu olan “Holokost xilaskarları: Biganə qalmamaq cəsarəti” faşist rəhbərliyi altında yəhudilər və digərlərini ölümdən qurtarmaq üçün öz həyatlarını və ailələrini riskə atan insanların xatirəsini yad edir. Bu xilaskarların həyat hekayələri bir-birindən fərqlənir. Bəziləri qurbanları öz evlərində saxlamış, bəziləri ailələri təhlükəsiz yerlərə aparmış, digərləri isə onlara qaçıb qurtarmaq üçün sənəd düzlətməyə kömək etmişdir. İstənilən halda bu hekayələrin bir ortaq tərəfi var: cəsarət, mərhəmət və daxili liderlik.
Bu hekayələrdən bir çoxu əfsanəyə çevrilib – Budapeştdə on minlərlə yəhudinin həyatını xilas etməyə köməklik göstərən İsveç diplomatı Raoul Vallenberqin hekayəsi kimi. Lakin bir çox xilaskarların hekayələri sadəcə onların cəsur addımları nəticəsində xilas olanlara məlumdur. Bu ilki anma günü də məhz bu insanlar haqqında tarixi faktları genişləndirmək və bu tanınmayan qəhrəmanlara layiq olduqları hörməti nümayiş etdirmək məqsədi daşıyır.
Holokost və BMT təbliğat proqramı bu xilaskarlar haqqında maarifləndirici məlumatlardan ibarət paket hazırlanıb. Soyqırımı faktları insanlar və bütün cəmiyyətlərin hansı dərəcədə pis niyyətli ola biləcəklərini göstərsə də, bu cəsur qadın və kişilər hətta ən ümidsiz anlarda belə insanlığın xeyirxah iş görmək imkanlarını nümayiş etdirir.
Baş katib bu beynəlxalq gündə, hamını Holokost zamanı həyatlarını itirən bütün günahsız insanları yad etməyə çağırıb: “Gəlin eyni zamanda insan ləyaqətini müdafiə etmək üçün qeyri-adi addımlar atan adi insanların ətraflarında baş verənlərə biganə qalmayaraq göstərdikləri cəsarətdən ilhamlanaq. Bu insanlar bizə bu gün daha yaxşı dünya qurmağa kömək edə bilər”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]-jwg.org

1905.az STUDIO