BMT: Azərbaycanda 2 061 qaçqın və 603 251 məcburi köçkün var

Azərbaycanda 2 061 qaçqın, 603 251 məcburi köçkün var. APA-nın məlumatına görə, bu rəqəmlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında öz əksini tapıb. Komissarlığın “Qlobal tendensiyalar” adlı ənənəvi illik hesabatında bildirilir ki, 2008-ci ildə hərbi münaqişələr və təqiblər nəticəsində öz evini tərk etməyə məcbur qalmış insanların sayı 42 milyon nəfərə çatıb. Onların 26 milyon nəfəri məcburi köçkünlərdir. Dünyada ən çox məcburi köçkün Kolumbiyanın payına düşür, bu ölkədə 2,6 milyon nəfər məcburi köçkün statusu alıb. Ötən il dünyada qaçqınların sayı 700 min nəfər azalıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO