Bələdiyyə seçkisi ilə bağlı veb-kameraların məntəqələrin 10 faizində quraşdırılması nəzərdə tutulur

Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı veb-kameraların məntəqələrin 10 faizində quraşdırılması nəzərdə tutulur. Trend News-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə axşamı keçirilən iclasında komissiyanın katibi Natiq Məmmədov bildirib. “Səsvermə günü 500-ə qədər məntəqədə veb-kameralar quraşdırılacaq”, – Məmmədov deyib. Məmmədov deyib ki, veb-kameraların tətbiqi seçkilərin şəffaflığının təmin olunmasına xidmət edir.

Azərbaycanda veb-kameralar ilk dəfə 2008-ci ildə keçirilən prezident seçkisində tətbiq olunub. Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Bələdiyyə üzvlüyünə namizədlərin 16 min 20-si ali təhsilli, 166 nəfəri natamam ali, 8938 nəfəri orta təhsilli, 6737 nəfəri orta ixtisas təhsillidir. 6222 nəfər qadın bələdiyyə üzvlüyünə namizəddir. Namizədlərin irəli sürülməsi mərhələsində bələdiyyə seçkiləri ilə bağlı 35 min 76 nəfərin namizədliyi təsdiq edilib. Dairə seçki komissiyalarında müxtəlif səbəblərə görə 3215 nəfərin namizədliyinin qeydə alınmasından imtina edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO