Bələdiyyə seçkilərində 11043 nəfərin namizədliyi qeydə alinmışdır

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, bu günə kimi 1718 bələdiyyə üzrə 29 758 nəfərin namizədliyi təsdiq edilmişdir. Namizədliyi təsdiqlənmiş şəxslərin 28 805 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərdən 20 120 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim etmişlər.

Artıq 14 979 bələdiyyə üzrə 11 043 nəfərin namizədliyi qeydə alınmışdır. Qeydə alınmış namizədlərin 6196 nəfəri ali təhsilli şəxslərdir. Namizədliyi qeydə alınmış şəxslərin 2484-ü qadınlardır. Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 8623 nəfəri bitərəfləri, digərləri isə 31 siyasi partiyanı təmsil edirlər. On səkkiz siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürmüşdür.

Xatırladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO