Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporu bəyanat yayıb

Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporu bəyanat yayıb Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda son 200 il ərzində ermənilərin xalqımıza qarşı apardığı soyqırımı əməliyyatları haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, son 200 il ərzindən 1 milyondan artıq azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilərək soyqırımına məruz qalıb: “1918-ci ilin mart hadisələrinə Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra diqqət yetirilib, 1919 və 1920-ci illərdə 31 Mart günü ümumxalq hüzn günü kimi qeyd edilib. Lakin ADR süquta uğradığı üçün buna siyasi qiymətin verilməsi mümkün olmamışdı. Nəhayət Azərbaycan 1991-ci ildə özünün son müstəqilliyini əldə etdikdən sonra 1918-ci il hadisələrinə 80-ci ildönümü ərəfəsində ümummilli lider Heydər Əliyevin verdiyi sərəncama əsasən 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir”.

Həmçinin bəyanatda vurğulanıb ki, BMT-nin 4 və İslam Konfransı Təşkilatının çoxsaylı qətnamələrinə baxmayaraq, erməni qoşunları Qarabağı işğalda saxlamaqda davam edir.

Bəyanat Dubayın İnsan Haqları İnstitutunun rəhbəri Məhəmməd Abdullaya təqdim edilib.

Eyni bəyanat Dubayın Şeyx aparatının (Divanın) rəhbəri Məhəmməd İbrahim əş-Şəbaniyə və BƏƏ parlamentinin sədri Abduləziz əl-Qurəyrə də göndərilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO