Beynəlxalq təşkilatların münaqişə ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir

Beynəlxalq təşkilatların münaqişə ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir Bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. “Münaqişənin mövcud olduğu dövrdə beynəlxalq təşkilatların yürütdüyü siyasət, reallaşdırdığı tədbirlər Azərbaycanı tam qane etmir. Ona görə ki, beynəlxalq hüquq normaları aydın şəkildə pozulduğu halda Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar təzyiq müşahidə olunmur”, – Həsənov deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar sadəcə fiksiya edirlər ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, Ermənistan qoşunları Azərbaycan ərazisini işğal edib və bu işə son qoyulmalıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]ts-jwg.org

1905.az STUDIO