Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşəcək

bunu cümə axşamı Konstitusiya Gününə həsr olunmuş konfransda “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib.

“Biz daim belə görüşlərin keçirilməsinə çalışırıq, lakin buna mane olan qüvvələr var. Çünki onlar bilirlər ki, biz nə qədər çox görüşsək, Dağlıq Qarabağ probleminin həllinə o qədər yaxın ola bilərik”, – o deyib.

Rzayev bildirib ki, Berlində keçiriləcək görüşə də erməni icmasının qatılmayacağı barədə məlumatlar var.

“Lakin Azərbaycanın Almaniyadakı səfirliyi ilə danışmışıq və onlar bu görüşün baş tutacağını bildiriblər”, – millət vəkili qeyd edib.

İndiyədək icmaların bir neçə görüşü baş tutub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO