Belqradda Azərbaycanla Serbiya arasında sənədlər imzalanıb

Iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Serbiya Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Serbiya Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Serbiya Respublikasının Kənd Təsərrüfatı, Ticarət, Meşəçilik və Su Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Serbiya Respublikasının İqtisadiyyat və Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Memorandumu”, “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyası və Serbiya Respublikasının Mülki Aviasiya Direktorluğu arasında Anlaşma Memorandumu” imzalanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO