Barak Obama ABŞ prezidenti kimi fəaliyyətə başladı

44-cü prezident Avraam Linkolnun 1861-ci ildə and içidiyi Bibliyaya əl basıbBarak Obama ABŞ prezidenti kimi fəaliyyətə başladı

Barak Obama ABŞ-ın 44-cü prezidenti kimi səlahiyyətlərinin icrasına başladı. Lent.az-ın məlumatına görə, yeni prezident Bakı vaxtı ilə saat 21:10-da and içərək prezident kimi fəaliyyətə başlayıb.

Obama ABŞ-ın Ali Məhkəməsinin sədri Con Robertsin önündə and içib. Bununla da o, prezident postunda Corc Buşu əvəz edib. Obama Avraam Linkolnun hələ 1861-ci ildə and içdiyi Bibliyaya əl basıb.

Bundan 10 dəqiqə əvvəl ABŞ-ın yeni vitse-prezidenti Cozef Bayden də and içib. Öz növbəsində Bayden Ali Məhkəmənin sədr müavini Con Pol Stivensin önündə and içib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO