Bakının yol-nəqliyyat sistemi təkmilləşdirilir

Bakının küçələrində yüklənməni azaltmaq, həmçinin paytaxtda piyadaların təhlükəsizliyini təmin etmək üçün körpü və piyada keçidlərinin tikintisi üzrə fəal işlər aparılır.
Bu layihələrin həyata keçirilməsi çərçivəsində artıq cari il bir sıra işlərin tamamlanması planlaşdırılır. Xüsusilə, Bakıda iri yol-nəqliyyat layihələrindən biri “Gənclik” metrostansiyası ərazisində yeni yolayrıcının yaradılmasıdır. Cari ilin iyun ayınadək yeraltı tunellərin tikintisinin yekunlaşdırılması planlaşdırılır. Bununla paralel olaraq, burada yeraltı piyada keçidlərinin tikintisi üzrə işlər aparılacaq.
Bu il, həmçinin Heydər Əliyev prospektinin keçilməsi üçün tunelin tikintisinin tamamlanması planlaşdırılır. Belə tunelə zərurət onunla izah edilir ki, hazırda prospektdən keçmək yalnız bir körpü vasitəsilə mümkündür. Həmçinin prospekt boyunca inzibati və digər binaların olmasını və tikintisini nəzərə alınaraq, bu tunelin inşa edilməsi qərara alınıb.
Keçidin bağlı hissəsinin uzunluğu 100 metr, ümumi uzunluğu isə təqribən 300 metr olacaq. Həmçinin, bu tunellə “Şəfa” stadionunda keçirilən oyunlar zamanı insanların prospekti keçməsini təmin etmək mümkün olacaq. Gələcəkdə bu keçiddən yolun salınması planlaşdırılır. Yol Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən, eləcə də Həsən Əliyev küçəsindən Nobel və Babək prospektlərinə çıxışı təmin etməyə imkan verəcək.
Qeyd edilən layihələrlə yanaşı, paytaxtın küçələrində yeni körpü və piyada keçidlərinin tikintisi üzrə digər işlər də aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO