Bakı-Ələt yolunun 4-ci km-də (Bayıl dairəsi adlanan ərazidə) yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uzunluğu 100 m, eni 8 m, hündürlüyü 4 m olacaq keçiddə artıq svay işləri başa çatdırılıb. Hazırda döşəmə betonun tökülməsi və tunelin qazıntısı işləri gedir. Kommuniksaiya xətlərinin köçürülməsi başa çatmaq üzrədir.
4 giriş-çıxışdan ibarət olacaq keçiddə hər tərəfdə ikisi olmaqla eskalatorların quraşdırılması nəzərdə tutulub.
Tikinti işlərinin 2015-ci ilin 1-ci rübündə başa çatdırılması planlaşdırılır.