Bakının girişində yeni yeraltı piyada keçidi gələn ilin birinci rübündə istifadəyə veriləcək

Bakı-Ələt yolunun 4-ci km-də (Bayıl dairəsi adlanan ərazidə) yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uzunluğu 100 m, eni 8 m, hündürlüyü 4 m olacaq keçiddə artıq svay işləri başa çatdırılıb. Hazırda döşəmə betonun tökülməsi və tunelin qazıntısı işləri gedir. Kommuniksaiya xətlərinin köçürülməsi başa çatmaq üzrədir.

4 giriş-çıxışdan ibarət olacaq keçiddə hər tərəfdə ikisi olmaqla eskalatorların quraşdırılması nəzərdə tutulub.
Tikinti işlərinin 2015-ci ilin 1-ci rübündə başa çatdırılması planlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO