Bakıdan Moskvaya uçan təyyarə reysləri ilə bağlı vəziyyətə aydınlıq gətirildi

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarələrin qeyri-sabit hava şəraiti ilə bağlı Rusiyanın paytaxtı Moskvaya uçuşunda hələ ki, heç bir problem yoxdur. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Onun sözlərinə görə, bütün reyslər nəzərdə tutulan qrafik üzrə həyata keçirilir.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yanvarın 11-dən Moskvaya 100-dən artıq təyyarə reysi təxirə salınıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO