“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarələrin qeyri-sabit hava şəraiti ilə bağlı Rusiyanın paytaxtı Moskvaya uçuşunda hələ ki, heç bir problem yoxdur. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
Onun sözlərinə görə, bütün reyslər nəzərdə tutulan qrafik üzrə həyata keçirilir.
Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yanvarın 11-dən Moskvaya 100-dən artıq təyyarə reysi təxirə salınıb.
Trend.az