Bakı Metropoliteni qatarların hərəkətində yaranmış problemin səbəbini açıqladı

Bakı Metropoliteni qatarların hərəkətində yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparır. Bu barədə Trend-ə Metropolitendən bildirilib.

Metropolitendən qeyd edilib ki, Surətin Avtomatik Tənzimləmə Sisteminin proqram təminatında yaranan problemlər qatarların hərəkətində ciddi fasilələr yaradıb.

Qeyd edək ki, bu gün səhər saat 8:00 radələrində metroda qatarların hərəkətində ləngimələr olub. Həm “Dərnəgül”, həm də “Həzi Aslanov” istiqamətində qatarlar təxminən 20-30 dəqiqəlik gecikmə ilə gəlib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO