Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yeni Baş direktor təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev Elçin İsmayıl oğlu Mirzəyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elçin İsmayıl oğlu Mirzəyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru vəzifəsindən azad edilsin.

Prezidentin digər sərəncamı ilə Taleh Məhəmməd oğlu Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru təyin edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO