Bu il aprelin 11-13-də Bakıda keçiriləcək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunlarının I Ümumdünya forumuna hazırlıq işləri tam sürətlə gedir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı MDBMİ-nin İnkişaf Fondunun saytı xəbər verir.
Azərbaycanın MDBMİ Məzunları Assosiasiyasının təşəbbüsü bütün dünyadakı MDBMİ-çilər arasında canlı maraq doğurub.
Bu gün forumda iştirak etməklə bağlı istəyini BMT baş katibinin müavini K.-J.K.Tokayev, Slovakiya Baş nazirinin müavini, xarici işlər naziri M.Layçak, Polşa XİN-in baş direktoru Y.Bratkeviç, Avropa komissarı Ş.Füle və b. bəyan ediblər.
Təşəbbüsə maliyyə institutlarının və biznes nümayəndələri də cavab veriblər. Belə ki, Bakıya Qazaxıstan Milli Bankının idarə heyətinin sədri Q.A.Marçenko, “ProfMedia” holdinqinin prezidenti V.A.Ryabokon və başqaları da qoşulublar.
MDBMİ-nin bir çox məzunları bu gün beynəlxalq təşkilatlarda çalışırlar. BMT baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi Y.Kubiş, Avropa Parlamentinin deputatı B.Kovaç, ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru A.Koberatski, Beynəlxalq Şahmat Federasiyasının prezidenti K.İlyumjinov forumda iştiraklarını təsdiqləyiblər.
Forumda üz əsas mövzunun – təhsil, ekologiya və energetika məsələləri, biznes və cəmiyyətin qarşılıqlı fəaliyyətinin problematikasının müzakirə ediləcəyi nəzərdə tutulur. Forumun proqramının təfərrüatları, eləcə də çıxş edəcək şəxslərin siyahısı yaxın vaxtlarda forumun saytında dərc olunacaq.
Forumda iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir. Ərizələr fevralın 22-dək qəbul ediləcək.