Bakıda TV və radio yayımının dayandırılmasına rəsmi aydınlıq gətirildi

Profilaktik işlərin həyata keçirilməsi ilə əlaqədar rəqəmsal TV və radio paketinin yayımı dayandırılıb. Bu barədə bazar ertəsi Trend-ə “Teleradio” İstehsalat Birliyindən (İB) deyiblər.
Məlumata görə, hazırda İB-nin mütəxəssisləri texniki işlərin aparılması üçün Bakı Televiziya Qülləsindədirlər.
“Hazırda sosial paketdə təqdim edilən dövlət telekanallarının işi bərpa edilib. Rəqəmsal sosial paketin işi saat 16:00-da tam bərpa ediləcək”, – İB-dən bildiriblər.
Qeyd edək ki, hazırda əhali 12 televiziya kanalından ibarət sosial paketdən istifadə edir. Rəqəmsal kontentin yayımı MPEG-4 formatında həyata keçirilir. Rəqəmsal yayıma keçid üçün abonentlər dekoder əldə etməlidirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO