Bakıda küçə ticarəti ilə bağlı reydlər başladı


Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti Novruz bayramı ərəfəsində paytaxtda küçə ticarəti ilə bağlı reydlərə başlayıb. Bunu çərşənbə günü Trend-ə Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Onun sözlərinə görə, bu reydlər, əsasən, metro keçidlərinin, vağzalın giriş və çıxışlarında aparılır.
Bağırov bildirib ki, reydlər zamanı insanların əsasən rayonlardan gətirdiyi müxtəlif kənd təsərrüfatı malları, eləcə də qoz, fındıq və digər çərəzlər satdıqları aşkarlanıb.
Departament rəsmisi deyib ki, qanunsuz ticarətlə məşğul olanlara əvvəlcə xəbərdarlıq edilir. Onlar bu xəbərdarlığa əhəmiyyət verməyərək satışlarını davam etdirdikdə 80 manat məbləğində cərimələnirlər. Reydlərin martın 25-dək davam etdirilməsi nəzərdə tutulur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO