Bakıda Hindistanın Respublika günü ilə əlaqədar tədbir keçirilib

Bakıda Hindistanın Respublika günü ilə əlaqədar mərasim keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar bildirib ki, müstəqillik qazandıqdan ötən 63 ildə Hindistan əhəmiyyətli dərəcədə inkişaf edib, müasir dövrdə millətlərarası körpü rolunu oynayır.

Onun sözlərinə görə, Hindistan Azərbaycanda müstəqilliyini bərpa etdikdən sonra onunla diplomatik əlaqələr quran ilk ölkələrdən biridir və iki ölkə arasında əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edir. Səfir qeyd edib ki, ötən il ərzində ticarət dövriyyəsi 1,8 mlrd. dollar artıb.

Daha sonra çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, Azərbaycanla Hindistan arasında ikitərəfli münasibətlər durmadan inkişaf edir. Onun sözlərinə görə, iki ölkə arasında 2007-ci ildə yaradılan hökumətlərarası komissiya ekoloji, mədəni sahələrdə bir sıra görüşlər təşkil edib və uğur qazanıb.

Daha sonra tədbir ziyafətlə davam edib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO