Bakıda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra qazanılmış nailiyyətlərə, ölkədə həyata keçirilən sosial-siyasi, iqtisadi və mədəni islahatlara nəzər salmaq, gələcək inkişaf prioritetlərinə və ssenarilərinə baxışın müəyyən edilməsinə dair fikir mübadiləsi aparmaqdır.

Tədbirdə dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələri, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin, ölkənin aparıcı KİV-lərinin təmsilçiləri, yerli və beynəlxalq ekspertlər iştirak edirlər

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO