Baş nazirinin müavini qaçqınların bir hissəsinin BMT-nin siyahısından çıxarılmasından təəssüflənir

Azərbaycanın Baş nazirinin müavini Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının siyahısından Azərbaycandakı qaçqınların bir hissəsinin çıxarılmasından təəssüflənir. “Azərbaycan 1999-cu ildə BMT-nin Qaçqın statusu konvensiyasına uyğun olaraq qaçqın və məcburi köçkünlərə vətəndaşlıq verir. BMT-nin Ali Komissarlığı izah edir ki, qaçqınlar vətəndaşlıq alıb və buna görə Azərbaycan hökuməti onları təmin edir”, – cümə axşamı jurnalistlərə Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.

Trend News-un arayışı: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının siyahısında Azərbaycanda 600 min qaçqın və məcburi köçkünün olduğu göstərilib. Azərbaycanda isə bir milyona yaxın qaçqın və məcburi köçkün yaşayır. Bunlardan 250 mini 1988-92-ci illərdə Ermənistandan qovulan etnik azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan qovulan ahıska türkləri və üçüncü ölkədən gələnlər, 600 mini Azərbaycanın işğal olunmuş ərazilərindən gələnlər, 100 mini isə Azərbaycan-Ermənistanın sərhəd bölgəsindən gələnlərdir.

Həsənov deyib ki, Ermənistandan qovulan azərbaycanlılar qaçqın statusuna malikdir. “İmtiyazlar ləğv olunsa da, bu o demək deyil ki, onlar qaçqın statusunu itiriblər. Bu status onlar öz vətənlərinə qayıdana qədər qalacaq”, – Baş nazirin müavini əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO