Azərbaycanın zəlzələ baş vermiş rayonlarında 3245 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb

Bu günə qədər Azərbaycanın zəlzələ baş vermiş rayonlarında – Qax, Balakən və Zaqatalada 3245 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb. Trend-in məlumatına görə, bunu Zaqatalada jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Heydərov deyib ki, təhvil verilən evlərdən 2750-si Zaqatala, 292-si Qax, 203-ü Balakəndədir.

Nazirin sözlərinə görə, hazırda 1847 qəzalı evin tikintisi davam etdirilir.

Heydərov deyib ki, qısa müddətdə Zaqatalada daha 8, Qaxda 1, Şəki şəhərində 1 məktəb binası tikilib istifadəyə veriləcək.

Nazir bildirib ki, indiyə qədər əhaliyə 17 milyon 734 min manàt yardım paylanılıb, bu vəsait əhaliyə poçt vasitəsilə ödənilib.
O, qeyd edib ki, müvafiq komissiyalar tərəfindən zəlzələ bölgəsində 19 mindən çox evə baxış keçirilib. Bu müddət ərzində vətəndaşlardan daxil olmuş şikayətlər diqqətlə araşdırılıb, müvafiq qərarlar qabul olunub: “Məlum olub ki, vətəndaşların bəzi şikayətlərinin heç bir hüquqi əsası yoxdur. Elə sakin var ki, 8 dəfə müraciət edib, hər dəfə də komissiya eyni qərarı çıxarıb. Bəzi hallarda müəyyən olunub ki, vətəndaş özü öz evini dağıdıb. Bu hallar da yolverilməzdir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO