Yaxın vaxtlarda Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun geri çağırılması, onun yerinə isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun göndərilməsi gözlənilir.
Publika.Az-ın əldə etdiyi məlumata görə, F.Bağırovun Avropa ölkələrindən birinə səfir göndərilməsi planlaşdırılır.Azərbaycan hökuməti Rusiyaya daha təcrübəli diplomatı səfir göndərmək niyyətindədir.