Azərbaycanın Qırğızıstandakı səfirliyinin rəsmi saytı fəaliyyətə başlayıb

Azərbaycanın Qırğızıstandakı səfirliyinin rəsmi internet səhifəsi fəaliyyətə başlayıb. Rəsmi veb səhifə əvvəlcə səfir Hidayət Orucovun ön sözü ilə acılır.
Ön sözdə səfir səhifəyə daxil olan istifadəciləri salamlayır və Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri və əlaqələrin inkişafı dinamikası haqqında məlumat verir, geniş ictimayyəti isə dövlət mövqeyi və qərəzsiz məlumatlarla tanış olmağa dəvət edir.
Səfirlikdən Trend-ə verilən məlumata görə, saytda səfirliyin fəaliyyətinə dair məlumatlar, Azərbaycan-Qırğızıstan iki tərəfli əlaqələri, Azərbaycan tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı barədə bilgilər, Azərbaycana səfər etmək və ya ölkəmiz barədə məlumat əldə etmək istəyən xarici ölkə vətəndaşları, habelə soydaşlarımız üçün məlumatlar öz əksini tapıb.
Səhifədə, həmçinin erməni təcavüzünü əks etdirən xüsusi bölmə yerləşdirilib. Veb səhifədə Azərbaycanın dövlət qurumları, Azərbaycan iqtisadiyyatının hansı sahələrinə investisiya yatırılması bağlı faydalı məlumatları əldə etmək mümkündür.
Azərbaycanın Qırğızıstandakı səfirliyinin rəsmi internet səhifəsi ilə bu ünvanda tanış olmaq olar: www.azembassy.kg

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO