Azərbaycanın NATO ilə əməkdaşlığı məhsuldardır – NATO generalı

“NATO-nun yeni konsepsiyası çərçivəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün bütün vasitə və imkanlarımız var”, – Karlos bildirib.

Onun sözlərinə görə, hazırkı məqamda bir neçə birgə layihə həyata keçirilir. “Biz Azərbaycanla mövcud və yeni layihələrin həyata keçirilməsi zamanı əməkdaşlığın genişləndirilməsinə ümid edirik”, – Karlos qeyd edib.

O, bildirib ki, Azərbaycanın sülhməramlı qüvvələrinin Əfqanıstanda iştirakını yüksək qiymətləndirir.

Azərbaycan və NATO-nun əməkdaşlıq perspektivləri 30 yanvar – 6 fevralda NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) növbəti qış sessiyasının gedişində müzakirə olunacaq.

Azərbaycanla NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində qoyulub. Azərbaycan bu proqramın ilk iştirakçıları sırasında ATƏT-ə üzv 27ölkədən biri olub.

1996-cı ilin aprel ayında qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən edən “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Hal-hazırda bu proqrama uyğun olaraq, Azərbaycan ona həvalə olunmuş 50 tərəfdaşlıq tapşırığını yerinə yetirir.

2005-ci il avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının təsdiq olunması haqqında” fərman imzalayıb.

Hazırda “Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı”nın ikinci mərhələsi çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO