Azərbaycanın Mətbuat Şurası “reket qəzetlər”in yeni siyahısını açıqlayıb

Azərbaycanın Mətbuat Şurası “reket qəzetlər”in yeni siyahısını açıqlayıb. “Şuranın şikayətlər üzrə komissiyasının təqdimatı əsasında “Xəbər xətti”, “Hüquq və ittiham”, “Qanun və nəzarət” qəzetləri “reket nəşrlər” elan olunub”, – cümə günü Trend News-a Mətbuat Şurasından (MŞ) bildirilib.

“Azərbaycan dünyası brifinq” qəzetinə şura adından xəbərdarlıq edilib. “Təzadlar” qəzetinə gəldikdə, bildirilib ki, nəşrin fəaliyyətində həqiqətən mətbu reketçilik əlamətləri mövcuddur. “Təzadlar” MŞ-nin əvvəlki xəbərdarlığına məhəl qoymayıb. Qəzetin müxtəlif saylarında şuranın İdarə Heyətinin qərarı olmadan qurumun şikayətlər üzrə komissiyasının “Təzadlar” haqqında çıxardığı sonuncu rəyin əsassız sayılması barədə bildirişlər dərc edilib. Nəşr komissiyanın bu rəyində əksini tapan tələbləri də yerinə yetirməyib. Həmçinin komissiyanın iclasından keçən bir ayda şuraya qəzet barədə yeni şikayətlər də daxil olub. Bütün bunlar qəzetə bir daha güzəşt olunmasını qeyri-mümkün edir”, – məlumatda vurğulanır. Müzakirələrdən sonra “Təzadlar” qəzetinin adının “qara siyahı”ya salınması barədə qərar qəbul edilib.

Mətbuat Şurası bir müddət əvvəl “reket” fəaliyyəti ilə məşğul olan 80-dən çox qəzetin adını açıqlayıb və onların bəziləri barədə materialların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Azərbaycanda dörd minə yaxın kütləvi infîrmàsiyà vàsitəsi qåydiyyàtdàn kåçib. Hàzırdà înlàrdàn 600-ə yàõını fəaliyyət göstərir. Təõminən 400-ə qədər qəzåt və jurnàl dərc îlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəàliyyət göstərir. Àzərbàycàndà 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vàr. Qalanları isə internet resurslarıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO