Azərbaycanın mobil rabitə operatoru “Bakcell” MMC martın birindən yeni ödəniş kartlarını dövriyyəyə buraxacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.
Yeni kartların üstünlüyü ondadır ki, “Bakcell” şəbəkəsinin bütün abonentləri (CIN, KLASS və Gold) onların köməyi ilə balans yükləyə biləcəklər.
Məlumata görə, kartlar bir, iki, beş, 10, 20 və 50 manat nominalında buraxılacaq. Abonentlər habelə şirkətin qüvvədə olan skretç-kartların köməyi ilə balansı doldura biləcəklər. CIN abonentləri və yeni KLASS anonentləri üçün kartların istifadə müddəti aşağıdakı kimi müəyyən olunub: bir manatlıq kartlar – 10 gün, iki manatlıq – 25 gün, beş manatlıq – 90 gün. 10, 20 və 50 manatlıq kartların istifadə müddəti isə 150 gündür.