“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair ” qətnamənin müzakirəsi təxirə salınıb

BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamə layihəsinin müzakirəsi təxirə salınıb. Bu barədə BMT-nin informasiya mərkəzində Trend News-a bildirilib. “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamə layihəsinin (BMT Baş Assambleyasının daha öncəki gündəliyində ¹ 18) müzakirəsinin ilkin vaxtı 2009-cu il dekabrın 3-nə təyin edilmişdi, lakin sonra bu tarix təxirə salındı.

BMT-nin informasiya mərkəzindən bildirilib ki, müzakirə tarixinin təxirə salınması səbəbini dəqiq qeyd edə bilməszlər, lakin “çox güman ki, qəbul edilmiş qərar danışıqlar prossesi ilə əlaqədardır”. Məlumata əsasən, 2009-cu il dekabrın 3-də “GÜAM ərazisində həlli uzadılan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri haqqında” qətnamə layihəsinin də müzakirəsi keçirilməli idi, lakin bu sənədin də müzakirəsi başqa vaxta keçirilib.

“Bu qətnamə layihələrinin müzakirəsinin yeni vaxtı tezliklə elan olunacaq. İstisna edilmir ki, onların müzakirəsi BMT Baş Assambleyasının 65-ci sessiyası zamanına təyin ediləcək. Bu, üzv-ölkələrdən aslıdır”, – BMT-nin informasiya mərkəzindən Trend News-a bildirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO