Azərbaycanın cəzaçəkmə müəssisələrində “donuz qripi “nə qarşı dezinfeksiya işlərinə başlanılacaq

Azərbaycanın cəzaçəkmə müəssisələrində "donuz qripi"nə qarşı dezinfeksiya işlərinə başlanılacaqAzərbaycanın cəzaçəkmə müəssisələrində “donuz qripi”nə qarşı mübarizə məqsədilə dezinfeksiya işlərinə başlanılacaq. Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfael Mehdiyev cümə axşamı Trend News-a bildirib ki, yaxın günlərdə bütün cəzaçəkmə müəssisələrində dezinfeksiya işlərinin aparılması üçün hazırlıq aparılır. İdarə rəisi A/H1N1 virusundan qorunma, bu xəstəliklə mübarizə məqsədilə məhkumlar və penitensiar sistemin əməkdaşları arasında maarifləndimə işlərinin aparıldığını bildirib. Onun sözlərinə görə, Gigiyena və Epidimologiya Mərkəzinin əməkdaşları tərəfindən müəssisələrdə məhkumlar və xidmət əməkdaşları üçün seminarlar keçirilib, mühazirələr oxunub, bukletlər paylanılıb.

Azərbaycanda dünən “donuz qripi”nə yoluxma faktı qeydə alınıb. Ukraynanın İvanovo-Frankov vilayətində müvəqqəti yaşayan və oktyabrın sonunda Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 aşkar edilib. Xəstə Elmi-tədqiqat ağciyər xəstəlikləri institutuna yerləşdirilib və həkimlərin nəzarəti altında müalicə kursu keçir. Xəstə ilə ünsiyyətdə olan şəxslər arasında profilaktik təbirlər keçirilir.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pulsuz olaraq “donuz qripi” A/H1N1 əleyhinə 300 milyon doza peyvənd ayrılan 90 ölkə sırasına daxil olub. Pandemiya əleyhinə vaksinlərin ilk hissəsi ölkəyə noyabrda gətiriləcək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada “donuz qripi” üzrə ümumilikdə 400 min yoluxma faktı qeydə alınıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO