Azərbaycanlının iddiası ilə Rusiya dövləti cərimələndi

Rusiya Federasiyası Gündüz Eminbəyliyə 5000 avro təzminat ödəməlidir

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İsveçdə yaşayan əslən azərbaycanlı Gündüz Aydın oğlu Eminbəylinin iddiası əsasında Rusiya Federasiyasını cərimə edib.

ANS PRESS, Avropa Məhkəməsinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Gündüz Eminbəyli 1996-cı ilin fevralında Azərbaycandan Rusiyaya gedib və orada qaçqın statusu alıb. Tezliklə o, İsveç vizası alıb və Rusiyanı tərk etməyə hazırlaşıb.

Lakin 2001-ci ilin sentyabrında Gündüz Eminbəyli Azərbaycan hökumətinin xahişi ilə Rusiya milisi tərəfindən estradisiya məqsədilə həbs edilib. Amma cəmi bir ay sonra azərbaycanlı azadlığa buraxılıb.

İddiaçının fikrincə, onun bir ay həbsdə saxlanılması qanunsuz olub, həbsinin səbəbləri izah edilməyib, saxlanılması ilə bağlı məhkəmə araşdırması isə effektiv olmayıb. Məhkəmə Gündüz Eminbəyliyə 5000 avro kompensasiya ödənilməsi barədə qərar çıxarıb. /ANS PRESS/

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO