Aprelin 16-da Nijni Novqorod şəhərində Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 21-ci ildönümünə həsr olunmuş konfrans keçiriləcək.
APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, tədbir şəhər Duması yanında Gənclər Palatası və Nijeqorod vilayətinin Azərbaycan icması tərəfindən təşkil olunacaq.
Konfransda mədəniyyətlərarası dialoq, xalqların birgə yaşayışı, cəmiyyətdə yaranmış kəskin problemlər müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycanla Rusiya arasında diplomatik münasibətlər 4 aprel 1992-ci ildə qurulub.