Azərbaycanla İran arasında məhkumların verilməsi məsələsi müzakirə olunub

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İranın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşündə iki ölkə arasında məhkumların verilməsi məsələsi müzakirə olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, penitensiar müəssisələrdə tibbi yardımın təşkilinə dair Azərbaycanın təcrübəsinə maraq göstərilib.
Görüşdə Azərbaycanla İran arasında zəngin müqavilə bazasına söykənən müxtəlif sahələrdə, o cümlədən hüquq sahəsində əlaqələr qeyd edilib, respublikamızda ədliyyə sistemində aparılan islahatlardan danışılaraq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Səfir Möhsün Pakayin ölkəsinin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini deyib, iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu qeyd edərək, hüquqi əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO