“Azərbaycandan olan miqrantların əsas təyinat qitəsi 74,3 faiz emmiqrantların yaşadığı Avropadır “

Azərbaycandan olan miqrantların əsas təyinat qitəsi 74,3 faiz emmiqrantların yaşadığı Avropadır, Trend News-un məlumatına görə, bunu BMT-nin İnsan İnkişafına dair Hesabatını açıqlayan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza bildirib. “Azərbaycan 14,3 faizlik emmiqrasiya səviyyəsinə malikdir. Azərbaycanda əhalisinin 3 faizini təşkil edən 254,5 min miqrant yaşayır. Daha çox beynəlxalq miqrant ABŞ-da, 40 milyon nəfər yaşayır”, – Pueza deyib.

İnsan İnkisafına dair Hesabat 1990-cı ildən nəşr edilir. Hesabat insan inkişafının 3 ölçüsünü özündə birləşdirir – uzun və sağlam ömür, təhsil səviyyəsi və layiqli yaşayış standartları. Azərbaycan üçün İnsan İnkişafı İndeksi 0,787-yə bərabərdir və 182 ölkə arasında 86-cı sırada qərar tutur.

Azərbaycan üçün İnsan Yoxsulluğu İndeksi 10,7 faiz dəyərləndirilir. Bu göstərici üzrə Azərbaycan 135 ölkə arasında 50-ci sıradadır. Pueza deyib ki, son illərdə Azərbaycanın bəzi əsas inkişaf göstəricilərində ardıcıl irəliləyişlər olub. 1980 və 2007-ci illər arasında orta ömur uzunluğu təxminən 5 il artıb. Bu nailiyyətlər İnsan İnkişafı İndeksi üzrə sıralanmada Azərbaycanın müntəzəm olaraq irəliləməsi ilə nəticələnib.

“Əminəm ki, ölkənin qeyri-neft sektorunun inkişafı və sosial xidmətlərdəki düzgün islahatların davam etdirilməsi ölkənin insan inkişafı səviyyəsinin daha da yüksəldilməsinə imkan yaradacaq”, – BMT-nin rezident elaqələndiricisi deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO